Qvardiola “Real”ın müdafiəçisini istəyir
Bizi izləyin

İdman

Qvardiola “Real”ın müdafiəçisini istəyir

“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola heyəti gücləndirmək niyyətindədi.

Publika.az xəbər verir ki, Pep mərkəz müdafiəçisi axtarışına çıxıb. İspaniya mətbuatının iddiasına görə, Qvardiola “Real”ın müdafiəçisi Rafael Varanı prioritet hədəf seçib.

Məlumata görə, o, 21 yaşlı futbolçunun meneceri Jorje Mendeşlə dekabrın ilk günlərində əlaqə saxlayıb. Qvardiola fransızın agentiylə onun mümkün transferiylə bağlı müzakirə aparıb.

Cari mövsümdə Varan Madrid klubunun heyətində 8 oyunda iştirak edib. O, cəmi 4 dəfə start heyətində meydana çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm