2014-cü ilin laureatları - Ronaldo, Kessler, Löv, Xames Rodriges
Bizi izləyin

İdman

2014-cü ilin laureatları - Ronaldo, Kessler, Löv, Xames Rodriges

Ötən illə bağlı müəmmalı qalan sonuncu mükafat da sahibinə çatdı.

Publika.az xəbər verir ki, bu gün Bakı vaxtilə saat 21:30-da İsveçrənin Sürix şəhərində “Konqress Holl”da “Qızıl top”un və 2014-cü ilin bir çox laureatlarına mükafatların təqdimat mərasimi keçirildi.

Qala-gecənin başlamasına bir saat qalmış qonaqların möhtəşəm saraya təşrif buyurmağa başlayıb. “Qızıl top”a namizədlərdən biri Kriştiano Ronaldonun məkana tez təşrif buyurması artıq müəyyən spekuliyasiyalara yol açmışdı. Azarkeş izdihamıyla qarşılaşan portuqaliyalı futbolçu pərəstişkarlarını qırmayaraq, gücü çatan qədər avtoqraf verdi və fanatların bəziləriylə “selfi” də çəkdirdi.

Ardınca digər qonaqlar da yavaş-yavaş qala-gecəyə təşrif buyurdu. Mərasimin aparıcısı Keyt Abdo qonaqları salamladıqdan sonra FİFA prezidenti Yozef Blatter futbolun inkişafından danışdı və...

Nəhayət, seçimlər başladı. İlk mükafatı Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyer aldı. O, 2014-cü ilin ən yaxşı qapıçısı elan edildi. Ardınca “ilin ən yaxşı futbolçusu” adına namizəd həm kişilər, həm də qadınlar təqdim olundu. Sonra isə 2014-cü ilin rəmzi yığması açıqlandı.
Daha sonra sırasıyla bütün nominasiyalar üzrə mükafatlar sahiblərinə təqdim olundu.

İlin ən yaxşı qapıçısı: Manuel Noyer

İlin rəmzi yğması
Qapıçı: Manuel Noyer
Müdafiəçilər: Filip Lam, Serxio Ramos, David Luiz, Tyaqo Silva
Yarımmüdafiəçilər: Anhel Di Mariya, Andres İnyesta, Toni Kroos
Hücumçular: Lionel Messi, Kriştiano Ronaldo, Aryen Robben

FİFA prezidenti mükafatı: Hiroşi Kaqava (yapon idman jurnalisti)

İlin ən yaxşı baş məşqçisi (qadınlar): Ralf Kellerman (Volfsburq)

İlin ən yaxşı baş məşqçisi (kişilər): Yoahim Löv (Almaniya)

İlin ən yaxşı qolu (Ferens Puşkaş mükafatı): Xames Rodriges (Kolumbiya, “Real”)

İlin ən yaxşı futbolçusu (qadınlar): Nadin Kessler (Volfsburq)

İlin ən yaxşı futbolçusu (kişilər): Kriştiano Ronaldo (Real)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm