Anelkanı Əlcəzairə buraxmadılar
Bizi izləyin

İdman

Anelkanı Əlcəzairə buraxmadılar

Bugünlərdə məşhur hücumçu Nikolya Anelkanın Əlcəzair klubuna keçəcəyi xəbəri yayılmışdı.

Publika.az xəbər verir ki, 35 yaşlı veteran futbolçunun “Hüseyn Dey”ə keçidi baş tutmayıb. Əlcəzair Futbol Federasiyası Anelkanın bu klubda oynamasına icazə verməyib.

Klub prezidenti Anelka xəbəriylə azarkeşləri sevindirsə də, onun oynayıb-oynamayacağı barədə dəqiq söz verməyib.

Məsələ burasındadır ki, yerli federasiyanın reqlamentinə görə, 27 yaşdan yuxarı legionerlər Əlcəzair klublarıyla müqavilə bağlaya bilməz. Qərarda deyilir: “Qaydalar belədir. 27 və daha yuxarı yaşlı legioner futbolçular Əlcəzair klublarıyla müqavilə bağlaya bilməz”.

Anelka ərizəylə federasiyaya müraciət etsə də, nəticəsiz qalıb. Onun “Hüseyn Dey”lə 18 aylıq müqavilə bağlamaq arzusu gözündə qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm