“Qarabağ” Almeydanın yolunu gözləyir
Bizi izləyin

İdman

“Qarabağ” Almeydanın yolunu gözləyir

Antalyaya toplanışa gedən Azərbaycan klublarının iştirakı ilə bu günə nəzərdə tutulan oyunlar ləğv edilib. Buna bölgədə qasırğanın baş verməsi səbəb olub.

Təbiət hadisəsi nəticəsində "Qarabağ"ın məskunlaşdığı otelə ciddi zərər dəyib. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Publika.az-a açıqlamasında komandada vəziyyətin normal olduğunu deyib: “Xüsusi bir durum yoxdur. Düzdür, dünəndən güclü külək əsir və yağış yağır. Amma komandada hər şey yaxşıdır. Riçard Almeyda isə ayın 17-dən heyətə qoşulacaq. Digər futbolçularımız da məşqlərinə davam edir”.

Xatırladaq ki, Riçard Almeyda yanvarın 10-da Antalyaya təlim-məşq toplanışına yollanan “Qarabağ”ın heyətində olmayıb. Mətbuatda yayılan məlumatlara görə, futbolçu qızının doğulması ilə bağlı məşqlərə qatılmır. Məşqçilər korpusundan icazə alan Riçard təlim-məşq toplanışına yanvarın 17-də qoşulacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm