Məşhur futbolçunun gözləri önündə atası anasını qətlə yetirib
Bizi izləyin

İdman

Məşhur futbolçunun gözləri önündə atası anasını qətlə yetirib

Polşa millisinin və Dortmund "Borussiya"sının futbolçusu Yakub Blaşikovski avtobioqrafik kitab yazıb.

Publika.az xəbər verir ki, futbolçu "Kuba" adlı kitabında həyatındakı bəzi faktları açıqlayıb. Bu faktların oxucuları heyrətləndirəcəyi və onlarda dərin təəssürat yaradacağı dəqiqdir.

Polşa yığmasının oyunçusu gənc yaşlarında dəhşətli və faciəli hadisələr yaşayıb. 10 yaşı olarkən atası onun gözləri qarşısında anasını qətlə yetirib. Blaşikovski kitabla bağlı fikirlərini bölüşüb:

"Kitabda yaşadıqlarım barədə hər şeyi demişəm. Bunlar asan hisslər deyildi. Mən bunu unutmadım və heç vaxt da unuda bilməyəcəm. Həyatımın sonuna qədər bu hadisə mənim bir hissəm kimi qalacaq.

Bu hadisə həyatımı tamamilə dəyişdi, məni ayıltdı və daha da möhkəm etdi. Mən güclü oldum. Əminəm ki, insanın həyatındakı çətin anlar onu güclü edir. İndi mənim üçün bundan sonra nə olacağının heç bir əhəmiyyəti yoxdu. Həyatımda ən dəhşətli hadisəni artıq yaşamışam".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm