“Qarabağ”la vidalaşdı – “Qəlbimdə qalacaqsan”
Bizi izləyin

İdman

“Qarabağ”la vidalaşdı – “Qəlbimdə qalacaqsan”

"Qarabağ"ın makedoniyalı futbolçusu Muarem Muarem sabah Türkiyənin Superliqa təmsilçisi "Əskişəhərspor"a qoşulacaq.

Publika.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin Türkiyə klubuna keçidi, demək olar ki, həll olunub.

"Əskişəhərspor"un alman baş məşqçisi Mixael Skibbe də Muaremin adının transfer siyahısında yer aldığını bildirmişdi.

Muarem özü isə "facebook" sosial şəbəkəsindəki səhifəsində "Qarabağ"lı azarkeşlərlə vidalaşıb. O, fikirlərini türk dilində çatdırıb:

"Həyatımın ən gözəl anlarından biri olan "Qarabağ", qəlbimdə qalacaqsan. "Qarabağ" azarkeşləri, sizi unutmayacam. Bir gün yenə görüşəcəyik!".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm