Əfsanə “Trabzonspor”a qayıdır
Bizi izləyin

İdman

Əfsanə “Trabzonspor”a qayıdır

Əfsanə “Trabzonspor”a qayıdır

“Trabzonspor”un yeni baş məşqçisi müəyyənləşib. Publika.az xəbər verir ki, bu barədə prezidenti İbrahim Hacıosmanoğlu açıqlama verib.

Prezident bildirib ki, Şenol Günəşlə razılığa gəlib: “Tək namizədimiz Şenol Günəşdi. Onunla 3 saata yaxın söhbət etdik. Olduqca səmimi söhbətimiz oldu. Onun bəzi tərəddüdləri var idi.

Amma bunları həll edə bilərik. Ona “gəl futbolun rəhbəri ol, kimsə işinə qarışmayacaq” dedim. İlk addımı atdıq. İnşallah hər şey yaxşı olacaq. “Trabzonspor”u əfsanəmizə əmanət edəcəyik”.

Qeyd edək ki, Şenol Günəş 1972-1987-ci illərdə “Trabzonspor”da çıxış edib. Türkiyə yığmasının sabiq baş məşqçisi 1988-1989, 1993-1997, 2005 və 2009-2013-cü illərdə Trabzon klubunu çalışdırıb.

O, komandanı 1995 və 2010-cu illərdə Türkiyə Kubokunun, 1995-ci ildə Cumhurbaşqanlığı Kubokunun, 2010-da ölkə Superkubokunun qalibi edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm