Zabit Səmədovu çətin sınaq gözləyir
Bizi izləyin

İdman

Zabit Səmədovu çətin sınaq gözləyir

Azərbaycanlı məşhur K-1 döyüşçüsü Zabit Səmədov Türkiyədə həlledici döyüşə çıxacaq.


Publika.az-ın məlumatına görə, fevralın 28-də İstanbulun “Sinan Erdem” idman arenasında keçiriləcək turnirdə peşəkar döyüşçülər mübarizə aparacaq. Arenada günün əsas döyüşü isə Z.Səmədov ilə türkiyəli idmançı Mert Akın arasında keçiriləcək.

Məlumatda döyüşün Türkiyənin “Kanaltürk” televiziya kanalından yayımlanacağı bildirilir.

Qeyd edək ki, kikboksçumuz Z.Səmədov sonuncu döyüşünü dekabrın 29-da Tokioda yaponiyalı qara kəmər sahibi, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısı Makoto Uehara ilə keçirib və qələbə qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm