İdman
Soçidə şok-Sınıq ayaqla olimpiya çempionu oldu
Polşalı Yustina Kovalçik Soçidə klassik üslubla 10 kilometrədək xizəksürmə yarışında 2014-cü il Olimpiadasının qızıl medalına layiq görülərək ikiqat Olimpiya çempionu olub.
Publika.az xəbər verir ki, Yustina pəncə sümüklərinin sındığına baxmayaraq, Soçidə çıxışlarını davam etdirəcəyini bildirib.
Olimpiadanın qalibi məsafəni 28 dəqiqə 17,8 saniyə ərzində qət edib.
Y.Kovalçik yarışdan qabaq “facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi rentgen şəklinin altında belə yazıb: “Bu mənim pəncəmin rentgen şəklidir. Çoxşaxəli sınıq. Narahat olmayın, yürüşü davam etdirəcəm”.
Qeyd edək ki, Y.Kovalçik hələ İtaliyanın Santa-Katerina şəhərində keçirilən məşqlər zamanı ayağını zədələmişdi.
Məşqçisi Aleksandr Veretelnıya dediyi sözlər yustinanın necə möhkəm xarakterli idmançı olduğunu göstərir: “Dünya kubokunda otuzuncu yeri tutmaq üçün çox ağır məşq etmək lazımdır.
Mən otuzuncu yeri tutmaq istəmirəm, buna görə də bir az da ağır məşq edib yuxarı yeri tutacam”.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB