İranlı futbolçulara qadağa - Qadınlarla şəkil çəkdirməyin
Bizi izləyin

İdman

İranlı futbolçulara qadağa - Qadınlarla şəkil çəkdirməyin

İran Futbol Federasiyası ölkə yığmasının futbolçularına xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, xəbardarlıqda yığmanın futbolçularına qadın azarkeşlərlə şəkil çəkdirmik qadağan olunub. Futbolçular bu qadağaya əməl etməsələr, cəzalanacaqlar. İran Futbol Federasiyasının etika komitəsinin rəhbəri Əli Əkbər Мəhəmmədzadənin fikrincə, bu cür şəkillərdən milli komandanın oyunçularına qarşı istifadə oluna bilər:

“Yığma üzvləri əmin olmalıdı ki, onlardan siyasi alət kimi istifadə etməyəcəklər. Buna görə də onlar hər şəxslə şəkil çəkdirməməlidi. Oyunçular bu mövqeyə hörmət etməyəcəklərsə, biz tədbir görməyə məcbur olacağıq”.

İran qanunlarına əsasən, qadınlara kişilərin iştirakı ilə keçirilən idman tədbirlərinə qatılmaq qadağandır. Avstraliyada keçirilən Asiya Kubokunda İran yığmasının formasında olan çoxlu qadın azarkeşlər görmək mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm