İdman
Çinli milyarder “Atletiko”nun səhmlərinin 20 faizini ələ keçirdi
Son illərdə əldə etdiyi uğurlar nəticəsində azarkeş auditoriyası xeyli böyüyən “Atletiko”nun populyarlığı artmaqdadır.
Publika.az xəbər verir ki, Madrid klubunun nailiyyətləri xarici investorların da diqqətindən yayınmır.
Çinin nəhəng şirkətlərindən sayılan “Wanda Group”un sahibi Van Tszyanlin “Atletiko”nun direktorlar şurasının üzvü seçilib. Bu haqda “Sinxua” agentliyi xəbər yayıb. Məlumata görə, Pekində baş tutan ikitərəfli görüşdə Tszyanlinlə Madrid klubunun prezidenti Enriko Serezo arasında 52 milyon (45 milyon avro) dəyərində əməkdaşlıq müqaviləsi imzalanıb. Anlaşmaya əsasən Pekində “Atletiko”nun üç futbol məktəbi açılacaq, həmçinin 2015-ci ildə komandanın bu ölkəyə səfəri də mümkündür. Bundan başqa, tərəflər Çinin istedadlı yeniyetmələrini yetişdirmək üçün Madriddəki Gənclər Mərkəzinə birlikdə 34 milyon dollar investisiya ayırmağı planlaşdırır.
Xatırladaq ki, “Wanda Group” hazırda 90 çinli futbolçunun hazılaşdığı bu məşq bazasını maliyyələşdirir. Növbəti iki ildə asiyalıların sayının 180-ə qədər artırılacağı gözlənilir.
Şirkətin sahibi Van Tszyanlin “Forbes”in reytinqində 42-ci yerdədir. Onun varidatı 13,2 milyard dollar civarındadır. O, “Atletiko”nun səhmlərinin 20 faizini 45 milyon avroya alıb.
-
Yaxın Şərq21:36
İsrail iranlı alimlərin Dəməşqdəki tədqiqat mərkəzini VURDU - VİDEO
-
Magazin121:24
Bizimkilər "Pantene Altın Kelebek"də - VİDEO
-
Yaxın Şərq19:36
Üsyançılar Rusiya bazasının yerləşdiyi TARTUSDA: Əsədin atasının daha bir heykəlini yıxdılar - VİDEO
-
Magazin118:48
Anası Eminlə bağlı görün nəyi ETİRAF ETDİ - VİDEO
-
Dünya18:00
Bəşər Əsədin lüks avtomobilləri - VİDEO
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu