Zaqatalada əvvəlcədən “müəyyənləşdirilən” nəticə
Bizi izləyin

İdman

Zaqatalada əvvəlcədən “müəyyənləşdirilən” nəticə

Zaqatalada əvvəlcədən “müəyyənləşdirilən” nəticə

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start verilib. Publika.az xəbər verir ki, ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.

Günün yeganə oyununda "Simurq" "İnter"i qəbul edib. Eyni mənbədən maliyyələşən "qardaşlar"ın oyununda bir qol vurulub - 0:1. "İnter"ə qələbə qazandıran topu "Simurq"un qapısından "bankirlər"in yeni transferi, debüt matçına çıxan kosta-rikalı Dieqo Madriqal keçirib.

Qeyd edək ki, bu oyunla bağlı söz-söhbət yayılmışdı. “Simurq”un bilərəkdən məğlub olacağı iddia edilirdi. Hətta “Topaz” bu oyuna pul qoyuluşlarını da qəbul etmirdi.

Qeyd edək ki, turun 4 oyunu sabah keçiriləcək. "Bakı" "Neftçi"ni, "Qarabağ" AZAL-ı, "Qəbələ" "Xəzər Lənkəran"ı, "Sumqayıt" isə "Rəvan"ı qəbul edəcək.

Premyer Liqa

2013/14 mövsümü

III dövrə, XXI tur

Simurq - İnter 0:1

Qol: Dieqo Madriqal, 72.

Simurq: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 7. Ruslan Poladov (k), 9. Mindauqas Kalonas, 11. Draqan Çeran, 18. Tural Axundov, 20. İdan Vaytsman, 21. Murad Səttarlı, 26. Benjamin Lambot, 77. Nicat Qurbanov.

Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 10. Rəşad Eyyubov, 15. Stepan Polyak, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 22. Salif Ballo, 30. Raul Kostin.

Baş məşqçi: Georgi Çixradze.

İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov (k), 8. Mikel Alvaro, 9. Aleksandr İaşvili, 15. Yohan Bokonyano, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 47. Abdulla Abatsiyev.

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 2. Azər Salahlı, 4. İvan Benites, 12. İvo Taborksi, 14. İlqar Ələkbərov, 27. Dieqo Madriqal, 33. Matiya Spiçiç.

Baş məşqçi: Kaxaber Tsxadadze.

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Mübariz Haşımov, Teymur Fərhadov

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Zaqatala şəhər stadionu. Saat 15.00.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm