İdman
Rusiya millisində oynayan azərbaycanlı ən böyük arzusundan danışdı
Azərbaycan yox, Rusiya millisini seçən, personası ölkəmizdə birmənalı qəbul edilməyən Aleksand Səmədov son müsahibəsində maraqlı etiraflar edib.
Publika.az hazırda “Lokomotiv”də çıxış edən Səmədovun müsahibəsini qısa ixtisarla təqdim edir.
- Aleksandr, yeni ili necə keçirdin, doğmalarına nə hədiyyə etdin?
- Ailə məclisi qurduq. Dekabrın 30-da yaxta kirayə etdim və həyat yoldaşımla övladımı adaya apardım. Bütün günü yaxtada keçirdik, dənizdə üzdük, “zaqar” etdik. Andaman dənizində olan adaların vəhşi təbiətindən zövq aldıq.
- Yaxtanı özün idarə edirdin?
- Yox, nə danışırsız, mən ancaq istirahət edirdim. Üzməkdən böyük zövq alıram, xüsusən də ailəm yanımda olanda.
- Oğlun nə ilə sevindirdi?
- Həmişə olduğu kimi, çəkdiyi şəkillərlə. Boqdan həmişə nə isə çəkir. Onun mənə yaxınlaşaraq, çəkdiyi şəkili göstərib “ata, bu, sənin üçündür” deməsi olduqca xoş təəssürat yaradır. Evdə onun çəkdiyi şəkillərdən, plastilindən düzəltdiyi fiqurlardan ibarət kolleksiyam var.
- İstirahət zamanı formanı necə qorudun?
- Bizə xüsusi proqram vermişdilər. Bu dəfə o proqrama tam əməl etdim. Yalnız dekabrın 30-31-də özümə bir az üz verdim.
- Elə danışırsan, elə bil nə vaxtsa istirahətdə xüsusi proqramla məşğul olmamısan...
- Son illər ev tapşırıqlarını yerinə yetirməyə çalışırdım. Amma buna həmişə tam həcmdə əməl etmək mümkün olmurdu. Bu dəfə isə maksimum şəkildə çalışdım.
- İstirahət başa çatdı, indi iş vaxtıdı. Ancaq Türkiyə sizi sərt qarşıladı...
- Hə, bura gələndə sanki qasırğa idi. Külək vıyıldayır, yağış yağırdı. Neynəmək olar, bura Türkiyədir. Burda belə olur. Artıq bir həftədir ki, hava yaxşıdır.
- Futboldan sarı darıxmısan, yoxsa ailənlə hələ bir-iki həftə də istirahət etmək istərdin?
- Bir ay ailənlə birgə olmaq əladı. Sadəcə, unudulmaz günlər idi. Ancaq əlbəttə ki, sevimli işdən ötrü də darıxmışam. Elə komanda yoldaşlarım da futbol havasına girmək istəyirlər.
- Komanda yoldaşlarınla təlim-məşq toplanışında görüşmək həm də ən son yenilikləri müzakirə etmək üçün əla fürsətdir. Düşərgədə nədən danışırsız?
- Bu, mənim üçün ilk növbədə Çorluko ilə görüşdü. O, Nyu-Yorka gedib və mənim sevimli basketbol komandamın - “Bruklin Hets”in oyununa baxıb. Orada Çarli həmyerlisi Boyan Boqdanoviçlə görüşüb. Mənim xahişimlə Deron Uilyams, Co Conson, Kevin Qarnett və komandanın oyun sistemi barədə soruşub.
- Çorluko hansı cavabla gəlib?
- Deyir ki, “Bruklin”də vəziyyət biz arzuladığımız kimi yaxşı deyil. Komanda məğlub olur, ancaq düşünürəm ki, bu kollektiv çox şeyə qadirdir. Öyrəndim ki, Kevin Qarnett əsl əməksevərdir. Zatən belə yüksək səviyyədə oynamaq üçün başqa cür olmaq da mümkün deyil. Çarli “Nyu-York Niks”in oyununa da gedib və “Medison Qarden” stadionuna heyran olub.
- Bu arenada olmusan?
- Nyu-Yorkda heç vaxt olmamışam. Amma ilk fürsət düşən kimi bu şəhərə gedəcəm. Bu, mənim çoxdankı arzumdur. Allaha dua edirəm ki, bu arzum nə vaxtsa reallaşacaq.
- Toplanışlar zamanı səni təəccübləndirən nə olub?
- Yadımdadır, 2009-cu ildə biz qeyri-adi toplanışa yollanırdıq. Moskva-London-Yohannesburq marşrutu ilə uçuş, ordan da toplanış yerinə getmək. Bunu heç vaxt unutmayacam. O vaxt çıxış etdiyim “Moskva” hansısa kommersiya turnirində iştirak etməliydi. Amma turnir baş tutmadı. Nəticədə düz 12 gün okean sahilində məşq etdik. Onu da deyim ki, orda şərait pis deyildi. Kaş uzun yolçuluq olmayaydı...
- Türkiyədəki toplanışlar xoşuna gəlir?
- Türkiyədə istirahət etməyi sevmirəm. Amma toplanış üçün burda ideal şərait var. Otel, meydança, trenajor zalı - hamısı da yüksək səviyyədə. Burada hər şeyi ən xırda detallarına qədər fikirləşiblər. Otelin 50 metrliyində yerləşən meydançanın qazonu sadəcə möhtəşəmdir. Burada məşq etmək çox xoşuma gəlir.
- Gökdeniz Karadeniz demişdi ki, İspaniyada keçirilən toplanışları xoşlamır. Sənin sevimli toplanış məkanın var?
- Göklə razıyam, mən də İspaniyadakı toplanışları xoşlamıram. Belə götürəndə, otellər də, meydançalar da qaydasındadır. Amma nədənsə oranı xoşlamıram. Türkiyədəki toplanışlara münasibətim isə fərqlidir. Burada hər şey əla təşkil olunub.
Natiq
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...