İdman
Neymar yenə qalmaqal yaratdı: Ulduz futbolçunun oğlunu döydü
“Santos” klubunda Neymar və sabiq ulduz futbolçu Robinyonun 18 yaşlı oğlu Robson Junior arasında məşq zamanı mübahisə yaşanıb.
Publika.az xəbər verir ki, “Globo”nun məlumatına görə, ötən gün “Palmeyras”la oyunun iştirak ərizəsinə düşməyən futbolçular üçün ayrıca məşq keçirilib.
Bildirilir ki, 34 yaşlı Neymar gənc futbolçunun onu keçməsindən narazı qalıb və bunu hörmətsizlik kimi qiymətləndirərək “daha sakit oyna” deyə irad bildirib. Bu xəbərdarlıqdan sonra tərəflər arasında mübahisə yaranıb və insident qısa müddətdə fiziki qarşıdurmaya çevrilib.
İddialara görə, Neymar gənc oyunçunun üzünə zərbə endirib, daha sonra isə ona badalaq verərək yerə yıxıb. Robinyonun nümayəndələri klub rəhbərliyinə şikayət edib.
Məlumata əsasən, sonradan Neymar klub bazasında gənc futbolçu ilə söhbət edib və emosional reaksiyasına görə üzr istəyib. İddialara görə, tərəflər arasındakı münaqişə artıq həll olunub.
Bununla belə, nə “Santos”, nə də futbolçunun agenti məsələ ilə bağlı rəsmi açıqlama verib. Neymarın nümayəndələri isə baş verənlərdən xəbərsiz olduqlarını bildiriblər.
Müəllif: Tural
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər












.jpg)



.jpg)



















