İdman
Görün Enrikenin “Real”da ilk maaşı nə qədər olub
Oyunçu karyerası ərzində PSJ-nin hazırkı baş məşqçisi Luis Enrike üç klubda – “Sportinq Xixon”, “Real Madrid” və “Barselona”da çalışıb.
Publika.az xəbər verir ki, Asturiya şəhərindən paytaxta köçəndə ispaniyalının maaşı səkkiz dəfə artıb. Bəs o, bu pulu kimə verib?
“Futbolçu kimi “Real”da ilk maaşım 165.000 peset (təxminən 1000 avro) idi. Çox həyəcanlı idim, çünki bundan əvvəl “Sportinq”də cəmi 20.000 (120 avro) qazanırdım və birdən özümü varlı hiss etdim.
Amma ilk işim paltar və ya motosiklet almaq deyildi. İlk işim pulu anama və atama vermək idi. Kirayə haqqını ödəməyin onların üçün nə qədər çətin olduğunu çoxdan hiss edirdim. Və onlara kömək edə bildiyim an həyatımın ən xoşbəxt anlarından biri oldu.
Valideynlərim ailə uğrunda mübarizə aparmağın, işləməyin və fədakarlığın nə demək olduğunun ən yaxşı nümunəsi olublar və belə də qalırlar. Bu jest uşaqlıqdan bəri mənim üçün etdikləri hər şeyə görə, hətta kiçik bir şəkildə olsa belə, onlara qarşılıq vermək yolum oldu”, – Enrike deyib.
Müəllif: Tural
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq






























.jpg)



