İdman
Mbappe “Real”ın məşqçilər heyəti ilə münaqişəyə girdi
Madridin "Real" klubunun hücumçusu Kilian Mbappe ilə komandanın məşqçilər heyətinin üzvü arasında münaqişə yaşanıb.
Publika.az Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə aprelin 24-də keçirilən "Betis"lə oyundan (1:1) əvvəl baş verib. Mbappe məşq oyunu zamanı onun ofsaydda olduğunu qeydə alan əməkdaşın ünvanına "qəzəbli və təhqiramiz" ifadələr işlədib.
Mayın 5-də isə Mbappenin klubdan Vinisiusun satılmasını tələb etdiyi barədə məlumatlar yayılıb. Jurnalist Fransua Qallardo qeyd edib ki, futbolçunun anası Fayza Lamari artıq "Real"ın prezidenti Florentino Peresə belə bir xahişlə müraciət edib. Əgər Vinisius "Real"da qalsa, Mbappe klubu tərk edəcək.
2026-cı ilin aprel ayının sonunda futbolçunun sol bud nahiyəsində əzələ zədəsi diaqnozlaşdırılıb. Bu zədə səbəbindən o, mövsümün qalan hissəsini buraxa bilər.
Cari mövsümdə 27 yaşlı hücumçu 24 qolla İspaniya çempionatının bombardirlər yarışına başçılıq edir. Ümumilikdə o, "Real"ın heyətində bütün turnirlərdə çıxdığı 41 matçda 41 qol vurub və altı məhsuldar ötürmə edib.
Mbappe 2024-cü ilin yayından bəri "kral klubu"nda çıxış edir və onun müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 200 milyon avro təşkil edir.
Hüseyn İbadlı
-
Səhiyyə21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı

































