İdman
Simeone 12 il birlikdə çalışdığı “Arsenal” rəsmisi ilə mübahisə etdi - FOTOLAR
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün yarımfinal mərhələsinin cavab oyununda (0:1) “Arsenal”ın idman direktoru Andrea Berta ilə mübahisə edib.
Publika.az xəbər verir ki, “Marca”nın məlumatına görə, matçın 95-ci dəqiqəsində Berta yan xəttə yaxınlaşaraq baş hakim Daniel Zibertə jestlərlə etiraz edib. O, əlavə olunan 5 dəqiqəyə işarə edərək əllərini yelləyib və saatını göstərib. Bu isə Simeonenin xoşuna gəlməyib. Argentinalı mütəxəssis rəqib klub nümayəndəsini itələyib. Halbuki onların Madrid dövründə yaxşı işgüzar münasibətləri olub. Qarşıdurmaya hər iki komandanın məşqçi heyətinin üzvləri müdaxilə edərək tərəfləri ayırıblar.
Qeyd edək ki, Berta 2013–2025-ci illərdə “Atletiko”da çalışıb. Əvvəlcə texniki direktor, 2017-ci ildən isə idman direktoru kimi fəaliyyət göstərib. 2025-ci ildə o, London klubuna keçib.
İki oyunun nəticəsinə görə (2:1) “Arsenal” UEFA Çempionlar Liqasının finalına yüksəlib.


-
Ekologiya07:17Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin106:16Günel hindistanlı həyat yoldaşı ilə belə dincəlir - FOTO
-
Mətbəx05:45Təzə lobya sirkəli suda saxlanılmalıdır?
-
Sağlamlıq04:14Saqqızın tərkibindəki bu badədə faydalı imiş...
-
Yaxın Şərq03:43Hörmüz boğazı yaxınlığındakı kəndə mərmilər düşdü
-
İdman02:12Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun






























.jpg)