İdman
Tanınmış futbolçu 30 yaşında karyerasını başa vurur
Dortmund “Borussiya”sının müdafiəçisi Niklas Züle 2025/26 mövsümünün son Bundesliga turundan sonra futbolçu karyerasını başa vuracaq.
Publika.az xəbər verir ki, bu barədə 30 yaşlı futbolçu “Spielmacher” podkastında bildirib:
“Yayda karyeramı başa vuracağımı açıqlamaq istəyirəm. Hoffenhaymdakı paltardəyişmə otağında həkim mümkün çarpaz bağ qopmasını müəyyən etmək üçün test aparanda fizioterapevtə baxıb başını yellədi. Fizioterapevt də yoxladı və o da sabitlik hiss etmədi. Mən duş otağına gedib 10 dəqiqə ağladım. Həmin an həqiqətən düşündüm ki, hər şey bitdi, bağ qopub.
Ertəsi gün MRT-yə gedəndə və yaxşı xəbəri alanda – yəni çarpaz bağın qopmadığını öyrənəndə mənim üçün hər şey yüz faiz aydın oldu ki, artıq son nöqtəni qoymalıyam. Futboldan sonrakı həyatdan zövq almağı təsəvvür edirdim – sərbəst olmaq, istirahətə getmək, uşaqlarımla vaxt keçirmək, amma eyni zamanda üçüncü dəfə çarpaz bağ zədəsi ilə mübarizə aparmaq fikri mənə dəhşətli gəlirdi”.
Zülenin “Borussiya” ilə müqaviləsi 30 iyun 2026-cı ildə başa çatır. O, 2022-ci ilin iyulundan Dortmund klubunda çıxış edir. Müdafiəçi 2025/26 mövsümündə keçirdiyi 12 oyunda 1 məhsuldar ötürmə edib.
Futbolçu daha əvvəl “Hoffenhaym” və “Bavariya”nın da formasını geyinib. Almaniya millisində isə 49 oyunda 1 qol vurub.
Züle “Bavariya” ilə birlikdə beş dəfə Almaniya çempionu olub, iki dəfə Almaniya Kubokunu qazanıb. O, həmçinin UEFA Çempionlar Liqasının, Almaniya Superkubokunun (4 dəfə), UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi adını qazanıb.
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...



































