İdman
“Real”da gərginlik pik həddə: Arbeloanın neçə futbolçu ilə problemi var?
“Real”da baş məşqçi Alvaro Arbeloa ilə komanda daxilində münasibətlərin gərgin olduğu bildirilir.
Publika.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, ən azı altı futbolçu baş məşqçi ilə ünsiyyət saxlamır. Bundan əlavə, kollektiv daxilində oyunçular arasında da fikir ayrılıqları mövcuddur.
Daha əvvəl Orelyen Çuameni ilə Federiko Valverde arasında münaqişə yaşandığı bildirilmişdi. Futbolçular məşqin sonunda az qala dava etmiş, mübahisəni paltardəyişmə otağında davam etdirmişdilər. Qarşıdurmanın səbəbi açıqlanmamışdı.
Son olaraq isə mərkəz müdafiəçisi Antonio Rüdiger komanda yoldaşı Alvaro Karrerasın üzünə sillə vurmuşdu.
Bir müddət əvvəl KİV-də yayılan məlumatlarda “Real”ın bir sıra futbolçularının fransalı hücumçu Kilian Mbappenin komandada xüsusi münasibət və status almasından narazı olduğu qeyd olunurdu. Bundan sonra sosial şəbəkələrdə 27 yaşlı futbolçunun “Kral klubu”ndan göndərilməsi tələbi ilə onlayn petisiya başladılmışdı.
Bütün bu neqativ hadisələr Madrid təmsilçisinin La Liqanın 2025/26 mövsümünün 35-ci turunda “Barselona”ya qarşı keçiriləcək “El-Klasiko” öncəsi düşərgəsində yaşanır. Oyun mayın 10-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Barsa” 88 xalla liderdir, “kral klubu”nun isə aktivində 77 xal var.
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu






































