İdman
FİFA-dan gözlənilməz qərar
Ekvador millisinin yarımmüdafiəçisi Moyses Kaysedo və Argentina millisinin müdafiəçisi Nikolas Otamendi son seçmə oyunda meydandan qovulmalarına baxmayaraq, 2026-cı il dünya çempionatının ilk turunda oynaya biləcəklər.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Ekvador ötən sentyabr ayında seçmə mərhələsinin son oyununda Argentinanı 1-0 hesabı ilə məğlub etmişdi. Otamendi və Kaysedo həmin matçda meydandan qovulmuş və bir oyunluq cəzaya məhkum edilmişdilər.
Bundan əlavə, Qətər millisinin müdafiəçisi Tarek Salman Dünya Kubokunun birinci turunda oynaya biləcək. O, həmçinin oktyabr ayında BƏƏ ilə keçirilən seçmə oyunda (2:1) etdiyi hərəkətlərə görə diskvalifikasiya olunub. Oyunun protokolunda oyunçunun rəqibə qarşı “ədəbsiz davranış” etdiyi, eləcə də hakimə hücum etdiyi bildirilir.
Mənbənin məlumatına görə, bütün komandaların ən güclü heyətlərini meydana çıxara bilməsi və bərabər şərtlər altında oynaya bilməsi üçün FIFA Bürosu tək oyunluq cəzaları ləğv etmək qərarına gəlib. Qeyd etmək lazımdır ki, oyunçular Dünya Kubokundan sonrakı növbəti rəsmi beynəlxalq matçda cəzalarını çəkəcəklər.
FİFA Bürosu, FİFA prezidenti Canni İnfantino və altı qitə futbol qurumunun prezidentlərindən ibarət bir komissiyadır.
-
Sosial02:12“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI



































