İdman
Vinisius "Siti"yə keçəcək?
“Mançester Siti” “Real”ın hücumçusu Vinisius Junior uğrunda mübarizəyə qoşulmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, braziliyalı futbolçu yeni müqavilə ilə bağlı razılığa gələ bilmir və bu vəziyyət onun yayda satılmasına səbəb ola bilər. Qeyd olunur ki, Madrid klubu ötən il Vinisiusa açıq şəkildə bildirib ki, yeni müqavilə imzalanmasa, onun satışı gündəmə gələ bilər.
Bununla belə, futbolçunun karyerasını “Real”da davam etdirməsi hələ də ən real ssenari hesab olunur. Lakin tərəflər əməkdaşlığa son qoymaq qərarına gəlsə, mümkün alternativ variantlar üzərində artıq iş aparılır.
Vinisius cari mövsümdə bütün turnirlərdə 50 oyunda meydana çıxıb, 21 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.Onun Madrid klubu ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, braziliyalı ulduzun bazar dəyəri 150 milyon avro təşkil edir.
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO
-
Magazin213:13Şvartsenegger 14 illik sevgilisini üzə çıxardı: Görün kimdir - FOTO
-
Region12:04Simonyanla Anelya rəsmi nikaha girdilər
-
Dünya10:30Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi
-
Rəsmi xronika10:27Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi
-
Hadisə09:13Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI





































