“Mançester Yunayted” böyük təhlükə ilə üz-üzə
Bizi izləyin

İdman

“Mançester Yunayted” böyük təhlükə ilə üz-üzə

“Mançester Yunayted” böyük təhlükə ilə üz-üzə

“Mançester Yunayted” Çempionlar Liqasından kənarda qalmaq təhlükəsi ilə üzləşib.

Publika.az xəbər verir ki, Premyer Liqanın turnir cədvəlində 7-ci pilləni tutan komanda ilk dördlüyə düşə bilmsə, 1995-ci ildən sonra ilk dəfə qitənin bir nömrəli klub turnirindən kənarda qalacaq.

Rəhbərlik isə artıq indidən yay transfer dövrünə hazırlaşır. Dünyanın ən çox qazanan klublarından biri olan "Mançester Yunayted"in idarəçiləri Çempionlar Liqasına getməyəcəkləri halda gəlirlərin azalacağını anlayırlar. Vitse-prezident Ed Vudvard yayda transfer bazarında çox fəal olacaqlarını bildirib.

Hər il ən azı 3 futbolçu ilə yolları ayrıb, 3 transfer etdiklərini qeyd edən klub rəsmisi “Uğurlarımızı qorumaq üçün son illərin ən böyük transfer əməliyyatına başlamaqdan qorxmuruq. Yenidən çempionluq uğrunda yarışacaq heyət qurmaq üçün lazım olan qədər pul xərclənəcək” deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm