Tofiq Bəhramovu xarici mətbuat da unutmadı
Bizi izləyin

İdman

Tofiq Bəhramovu xarici mətbuat da unutmadı

Bu gün Azərbaycan futbolunun əfsanəsi Tofiq Bəhramovun doğum günüdür. Hakimliyi ilə bütün dünyaya səs salmışdı. Onu 22 il əvvəl itirdik. Amma onu təkcə Azərbaycanda yox, İngiltərədə, Almaniyada da xatırlayırlar.

Publika.az xəbər verir ki, məşhur portallardan sayılan "goal.com" saytı bu gün 90 illiyi qeyd olunan məşhur Azərbaycan hakimi Tofiq Bəhramova aid geniş yazı dərc edib. Məqalədə T.Bəhramovun həm futbolçu, həm də hakimlik karyerasına yer verilib. İngilis və almanların Tofiq Bəhramovu heç vaxt unutmadığı, Azərbaycanda isə onun əsl qəhrəman olduğu bildirilib.

Həmçinin DÇ-1966-nın finalında İngiltərə və Almaniya arasında keçirilən görüşdə Cefri Hertsin mübahisəli qolunu qeydə alan Tofiq Bəhramovun qərarının düzgün olması və daha sonra sensasiyalı hakimin 1970-ci ildə keçirilən dünya çempionatının oyunlarına da təyinat alması vurğulanıb.

Qeyd edək ki, "Qızıl fit" almış yeganə laynsman kimi dünya futbol tarixinə düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm