İkinci dövrə bir dəqiqəlik sükutla başlayacaq
Bizi izləyin

İdman

İkinci dövrə bir dəqiqəlik sükutla başlayacaq

Bundesliqada qış fasiləsi başa çatıb. Bu gün ikinci dövrənin açılış oyununda “Bavariya” “Volfsburq”la üz-üzə gələcək.

Publika.az xəbər verir ki, Bundesliqanın ikinci dövrəsi bir dəqiqəlik sükutla başlayacaq. Komandalar fasilə müddətində avtomobil qəzasında həyatını itirən “Volfsburq”un yarımmüdafiəçisi Junior Malandanın xatirəsini yad edəcəklər. Futbolçular meydana qara sarğıyla çıxacaq. Həmçinin böyük ehtimalla azarkeşlər də tribunada Malandanın xatirəsinə xüsusi plakatlar hazılayacaq.

Belçikalı futbolçu cari mövsümdə 10 oyunda “Volfsburq”a kömək etmişdi. Yayda 20 yaşını qeyd edəcəkdi. Amma qismət olmadı.

“Bavariya” - “Volfsburq” qarşılaşması bu gün saat 23:30-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm