İdman
ABŞ-dan Avropaya qaçanlar - pul, yoxsa karyera üçün?
Futbol bütün dünyada populyar olsa da, Avropa səviyyəsinə görə digər qitələri üstələyir. Baxmayaraq ki, “Köhnə qitə” cənubi amerikalı futbolçularsız çox darıxdırıcı olardı. Bu gün hər bir futbolçu üçün Avropanın aparıcı klublarında oynamaq əsas məqsəddir.
ABŞ İspaniya, İngiltərə, Almaniya ilə müqayisədə futbol ölkəsi sayılmasa da, son illərdə okeanın o tayında nəzərəçarpacaq canlanma hiss olunur. Basketbol və xokkeylə daha çox tanınan ABŞ-da da futbol oynaya bilənlər kifayət qədərdir. Hətta bəzən o boyda Amerikaya sığışmayıb Avropaya üz tutanlar da olub və indi də var. Məsələ pulda deyil. Bilirsiz ki, indi Avropada karyerasının qürub çağını yaşayan futbolçuların MLS-ə üz tutması dəb halını alıb. Niyə? Çünki babat pul verirlər. Hazırda MLS-də top qovanların orta əməkhaqqısı 400-500 min avro civarındadır. Bəs elə isə amerikalılar niyə evlərini tərk edib rəqabətin güclü olduğu Avropaya can atırlar? Pula görəmi? Yuxarıda deyilənlərə əsaslansaq yox. Deməli, karyeranı düşünənlər də var.
Publika.az sizə ABŞ-dakı perspektivlə qane olmayıb xoşbəxtliyi Avropada axtaran amerikalı futbolçulardan danışacaq.
Bred Quzan
“Aston Villa”nın “bir nomrəsi” son üç mövsümdə sabit çıxış edir. İngiltərə onunla 2008-ci ildə tanış oldu. Birmingemlilər Bredi “Çivas”dan gülünc məbləğə - 1 milyon avroya transfer etmişdi. Təzə gələn vaxtlarda Quzan həmyerlisi və adaşı Bred Fridelin əvəzləyicisi idi. 2011/12 mövsümündə cəmisi 25 dəqiqə meydanda olmuşdu. Hamı ikinci amerikalı qapıçının transferinin yersiz olduğunu düşünməyə başlamışdı. Quzan “Hall Siti”yə icarəyə verildi. Amma bir zədə bütün gümanların dəyişməsinə səbəb oldu. Çarəsiz qalan “Aston Villa” rəhbərliyi Quzanı geri qaytarıb onunla müqavilə imzaladı. Elə o vaxtdan da Bred müntəzəm meydana çıxır və mövsümdən məvsümə etibarlılığını artırır. Cari mövsümdə işləri yaxşı getməyən “Şirlər” Premyer Liqada yerini qoruya bilsə, Quzana da minnətdarlıq etməlidir.
Brayan Makbrayd
Veteran forvard ilk dəfə özünü “Kolamburs Kryu”nun formasında 160 oyuna 62 qol vurmaqla tanıtdırıb. 2004-cü ildə “Fulhem” rəhbərliyi riskə gedərək 32 yaşlı hücumçunun transferinə 800 min avro xərclədi. Vaxt gəldi, Brayan komandanın kapitanı oldu. 5 mövsüm ərzində amerikalı London klubunun heyətində əvəzolunmaz futbolçuya çevrildi (139 oyun, 40 qol). 2007 və 2008-ci illərdə “Fulhem” məhz onun qolları sayəsində Premyer Liqada yerini qorudu.
2008-ci ildə ABŞ-a qayıdan Makbrayd iki mövsüm “Çikaqo Feyr”də oynadıqdan sonra 37 yaşında karyerasını başa vurdu. Milli komandada vurduğu 30 qol onu “Ştatlar”ın ən sevimli oyunçusuna çevirdi. Onun ən böyük özəlliyi “ikinci mərtəbə”də uğurlu oynamasıydı.
Bred Fridel
Premyer Liqa tarixinin ən yaxşı qapıçıları sırasında özünə yer edən Fridel belə getsə, canını yaşıl meydanda tapşıracaq. Adamın 43 yaşı var, hələ də İngiltərənin iddialı klublarından sayılan “Tottenhem”də Uqo Llorisi layiqincə əvəz edir. Lazım olanda meydana çıxır və bir çox gənc qolkiperlərdən yaxşı təsir bağışlayır. Amma onun İngiltərə karyerası heç də indi danışdığımız kimi başlamamışdı. “Liverpul”da özünü “tapa bilməsə” də, Fridel “Blekbern”də dərhal əsas qapıçı oldu və komandasının Premyer Liqaya yüksəlməsində əsas rollardan birini oynadı. 2002/03 mövsümündə 15 oyunda qapısını toxunulmaz saxlayaraq, İngiltərədə ilin rəmzi yığmasına düşdü. Onun qol vurmaq bacarığı da var. “Çarlton”la oyunun son dəqiqələrində künc zərbəsi zamanı irəli atılan amerikalı qapıçı “Blekbern”i məğlubiyyətdən (2:2) xilas etmişdi.
Sonra “Aston Villa” və “Tottenhem” dövrü oldu. Amma o, heç yerdə “Blekbern”dəki qədər uğurlu karyera yaşamadı. Birmingemdə orta səviyyədə çıxış etdi, Londonda isə Lloris gələn kimi ehtiyatda oturdu. Onun karyerasının ilk illərində bir mövsüm “Qalatasaray”da da oynadığını qeyd edək.
Cermeyn Cons
Amerikalı əsgərlə alman xanımın oğlu ABŞ-da dünyaya gəlsə də, valideynlərinin ayrılması üzündən erkən yaşlarından Almaniyada yaşayıb. Elə burada da futbolla məşğul olan Cons yeni vətəninin demək olar bütün yaş qrupları üzrə milli komandalarında oynayıb. Amma yekunda doğma vətənini seçib. ABŞ millisində 48 oyun keçirən Cermeyn komandanın tarixində ən yaxşı dayaq yarımmüdafiəçilərindən sayılır. DÇ-2014-də Portuqaliyanın qapısına vurduğu top dünya çempionatları tarixində 2300-cü oldu. Mundialdan sonra “Beşiktaş”dan ayrılan Cond tarixi vətəninə yollandı və “Nyu-İnqlend Revolyuşn”la müqavilə bağladı.
Avropada o, “Ayntraxt”, xüsusilə də “Şalke”dəki çıxışıyla tanınıb. Helzenkirhen klubunda 129 oyun keçirən (7 qol) yarımmüdafiəçi statistik hesablamalara görə, mübarizələrin 80 faizindən qalib ayrılıb.
Tim Hovard
Brzailiyadakı son mundialda ABŞ millisinin əsas ulduzuna çevrilən Hovard vətənində qəhrəman kimi qarşılandı. “Tvitter” səhifəsinə gələn saysız-hesabsız haştaqlarda azarkeşlər onunla qürur duyduqlarını yazırdılar. Timin Avropa karyerası 2003-cü ildə başlayıb. “Mançester Yunayted”də Fabian Bartezi əvəzləyib. Başlanğıç fantastik alınmışdı. İngiltərə superkubokunun finalında penaltini dəf edən Hovard 2004-cü ildə Roy Kerrolla rəqabətdə uduzdu. Onun karyerası “Everton”da parladı. Liverpullulara 3 milyon avroya başa gələn amerikalı qolkiper “Everton”da mövsüm ərzindəki “quru” oyunların sayına (15) görə rekord vurdu. 2009-cu ildən komandaya kapitanlıq edən Hovard 2012-ci ildə peşəkar karyerasında ilk dəfə qol vurdu, özü də fantastik...
Klint Dempsi
Hovard ABŞ millisinin “supermen”idirsə, Dempsi Amerikanın kapitanıdır. 22 yaşında MLS-in ən yaxşı debütantı adını və KONKAKAF kubokunu qazanan Klint başını götürüb Avropaya - birbaşa “Fulhem”ə yollandı. Və orada əfsanəyə çevrildi. Üç mövsüm praktiki olaraq, əvəz olunmadan oynayan Dempsi orta hesabla hər ikinci oyununda qol vururdu. 2012-ci ildə “Tottenhem”ə transfer uğurlu addım olmadı. İki mövsümə 9 qolla yadda qalan amerikalı futbolçu MLS-ə qayıtdı. “Sietl”də “Fulhem”dəki statisik göstəricilər öz yerini tutdu. Klint təkcə yaxşı futbolçu yox, həm də musiqiçidir.
Jozi Altidor
Avropaya gələn və 4 fərqli çempionatda top qovan tək-tük amerikalı futbolçulardan biridir. 25 yaşlı hücumçu “Vilyarreal”, “Xeres”, “Hall Siti”, “Bursaspor”, “Alkmaar” və “Sanderlend” klublarının şərəfini qoruyub. “Sarı sualtı qayıq” Jozini “Nyu York Red Bullz”da kəşf etmiş və onun keçidinə rekord məbləğ – 9 milyon avro xərcləmişdi. Buna kimi heç bir amerikalı futbolçunun transferinə belə pul ödənməmişdi. Altidor Avropada hələ ki, bir titul qazanıb - Hollandiya kuboku. Amma 2012/13 mövsümündə “Alkmaar”ın heyətində 31 dəfə fərqlənməklə ən çox qol vuran amerikalı ünvanına sahibdir.
O, vətəndaş mövqeyini tez-tez göstərir. 2012-ci ildə Haitidə baş verən dəhşətli zəlzələdən sonra Jozi hamını zərərçəkənlərə yardıma çağıran ilk idmançılardan biri olmuşdu. Elə həmin il Konnektikutdakı orta məktəbdə güllələnən 27 nəfərin xatirəsini yad etmək məqsədiylə o, növbəti oyununa üzərində ölənlərin adları yazılan butslarla çıxmışdı.
Biri də var...
Bunlar Avropada özünü tanıtmağı bacaran amerikalı futbolçulardır. Hələ xeyli yeni addım atanlar da var. ABŞ-dakı iqtisadi vəziyyəti nəzərə alsaq, ordan bura gələnlərin yalnız bir məqsəd ətrafında birləşdiyini düşünmək olar. Onların hər biri karyeranı puldan üstün tutanlardır. Hələ bir amerikalı futbolçu var ki, o qədər də məşhur deyil. Peşəkar futbolçu olmaq üçün Avropaya gələndə ilk günlərini dostunun evində döşəmədə yataraq keçirdib. Yaxın günlərdə onun haqda geniş yazı olacaq. Saytımızı izləyin...
-
Yaxın Şərq17:35
Suriyada müvəqqəti hökumətin başçısı bu şəxs oldu - FOTO
-
Yaxın Şərq16:46
TƏCİLİ: Rusiya qoşunları Suriyadakı iki bazanı tərk etdi
-
Maraq dünyası16:16
Van gölü möcüzəsi: Niyə uşaqların saçı yayda saralır, qışda isə qaralır? - FOTOLAR
-
Sosial15:33
Məşhur şadlıq sarayı bağlanır? - FOTO
-
Kriminal14:36
Qadından gənc oğlana qarşı dəhşətli əməl: “Əxlaqsız təklif etdi...” - Şok təfərrüat / VİDEO
-
Dünya13:37
Bəşər Əsədin 2014-cü ildə öldürülən əmisi oğlunu "asdılar" - FOTOFAKT
-
Cənubi Qafqaz12:53
Bakı və İrəvan Vaşinqtona nə deyir? - Narışkin ABŞ-ın planını de-şifrə etdi
-
Hadisə11:55
Bu rayonun icra başçısının tükürpədən əməlləri