Başlandı... - “Qolsuz şoular”
Bizi izləyin

İdman

Başlandı... - “Qolsuz şoular”

Təxminən 40 günlük fasilədən sonra Azərbaycan Premyer Liqasında üçüncü dövrə start götürüb.

Publika.az xəbər verir ki, Antalyada kəmərin altını bərkidənlərdən meydana ilk çıxan “İnter” oldu. 19-cu turun açılış oyununda “Bankirlər” təlim-məşq toplanışını Biləcəridən bu tərəfdə keçirən “Sumqayıt”ı qəbul etdi. Oyundan əvvəl meydan sahiblərinin qələbə qazanacağını deyənlər çox idi. Amma sən saydığını say...

Millimizin baş məşqçisi Robert Prosineçkinin də tribunadan izlədiyi qarşılaşmada komandalar qələbə qazana bilmədi. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Kaxaber Tsxadadzenin yetirmələri indiyədək “İnter Arena”da xal vermədiyi autsayder qarşısında bu dəfə xeyli çətinlik çəkdi. “Bankirlər”in cəhdlərinə baxmayaraq, oyunda hesab açılmadı.

Qeyd edək ki, lider “Qarabağ”ın istirahət etdiyi turun digər oyunları yanvarın 31-də və fevralın 1-də keçiriləcək.

Azərbaycan Premyer Liqası

19-cu tur

İnter - Sumqayıt 0:0

72-ci dəqiqədə Yohan Bokonyano (İnter) penaltidən yararlana bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm