Kamran Ağayev "Qəbələ"dən getdi
Bizi izləyin

İdman

Kamran Ağayev "Qəbələ"dən getdi

“Qəbələ” qapıçı Kamran Ağayevlə yollarını ayırıb.

Publika.az klubun rəsmi saytına istinadən məlumatına görə, qarşılıqlı razılaşma əsasında futbolçu ilə müqaviləyə xitam verilib.

2014-cü ilin əvvəlindən “qırmızı-qara” formanı geyinən qolkiper “Qəbələ”nin uğurları üçün 1 il çalışıb. Komandanın heyətində 37 oyun keçirib, 43 top buraxan Ağayev 2013/14 mövsümündə “qırmızı-qaralar”la Topaz Premyer Liqasının bürünc mükafatçısı olub. Azərbaycan kubokunun finalında iştirak edib.

29 yaşlı qapıçı Premyer Liqada 31 oyunda 36, Azərbaycan kubokunda 4 oyunda 2, Avropa Liqasında 2 oyunda 5 qol buraxıb. 31 dəfə meydana “Qəbələ”nin kapitanı kimi çıxan futbolçu 2014-cü il fevralın 8-də “Qarabağ”la çempionatdakı ev oyununda (0:1) debüt edib. “İnter”lə dekabrın 21-də Qəbələdə baş tutan çempionat matçı isə Ağayevin “qırmızı-qara” formada son oyunu olub.

“Qəbələ” Kamran Ağayevə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm