Gözlənilməz nəticə - AZAL təəccübləndirdi
Bizi izləyin

İdman

Gözlənilməz nəticə - AZAL təəccübləndirdi

Azərbaycan Premyer Liqasında 3-cü dövrə mini sensasiyayla start götürüb.

Publika.az xəbər verir ki, 19-cu turun oyunları üç gündə keçirilib. Açılış oyununda “İnter”lə “Sumqayıt” “sülh bağlamışdı” (0:0).

İkinci oyun günündə də bir oyun keçirildi. Səfərdə AZAL-ın qonağı olan “Neftçi” gözlənilməz məğlubiyyətə uğrayıb. Matçın son dəqiqələrində ikinci qolu vuran Tərlan Əhmədovun komandası meydandan üç xalla ayrılıb (2:1).

Premyer Liqada 19-cu tura dünən keçirilən iki oyunla yekun vurulub.

“Simurq” dogma divarlar arasında zəifləmiş “Xəzər Lənkəran”a gücünü göstərib. Qollardan birini lənkəranlıların sabiq oyunçusu Elnur Abdullayev vurub.

“Qəbələ” isə Bakıdan 3 xal aparıb. “Bakı”nın qonağı olan şimallılar Roman Qriqorçukun rəhbərliyi altında Premyer Liqada ilk qələbəsini qazanıb.

Azərbaycan Premyer Liqası, 19-cu tur

30 yanvar

“İnter” - “Sumqayıt” 0:0

Bakı. "İnter Arena"

31 yanvar

AZAL - Neftçi 2:1

Freddi Mombonqo, 26; 90+2 - Nikolas Kanales, 68-p.

Bakı. “AZAL Arena”.

1 fevral

Bakı - Qəbələ 0:2

Cavid Hüseynov, 55-p. Vüqar Bəybalayev, 88-a/q.

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

Simurq - Xəzər Lənkəran 2:0

Elnur Abdullayev, 51. Rəşad Eyyubov, 60.

Zaqatala şəhər stadionu.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm