İlk məğlubiyyət tənqidlərə rəvac verdi
Bizi izləyin

İdman

İlk məğlubiyyət tənqidlərə rəvac verdi

"Bavariya"nın fəxri prezidenti Frans Bekkenbauer Almaniya çempionatının 18-ci turunda "Volfsburq"la səfər matçında (1:4) komandanın baş məşqçisi Xosep Qvardiolanın taktikasını təhlil edib.

Publika.az xəbər verir ki, “Kayzer Frans” dayaq yarımmüdafiəçiləri Xabi Alonso və Bastian Şvaynştaygerin start heyətində meydana çıxmasının yanlış qərar olduğunu bildirib:

"Alonso və Şvaynştaygerin meydanda birgə olması dinamikliyi pozur. Belə düzülüşdə müdafiəyə çox böyük üstünlük verilir. "Bavariya"nın oyun fəlsəfəsi bu deyil. Şvaynştayger Alonsodan yaxşı hücum edir, sonuncu müdafiə olunmaq baxımından effektlidi. Onların arasında seçim etmək lazımdır".

Münhenlilər Almaniya çempionatının son turunda "Volfsburq"a 1:4 hesabı ilə məğlub olub. Hazırda "Bavariya" 45 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. İkinci yerdə gedən "Volfsburq"un 37 xalı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm