Nazir yeni idarənin açılışında iştirak etdi - FOTOLAR
Bizi izləyin

İdman

Nazir yeni idarənin açılışında iştirak etdi - FOTOLAR

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin yeni inzibati binasının açılış mərasimi baş tutub.

Publika.az-nın məlumatına görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Baş İdarənin rəisi Raqif Abbasov və əməkdaşları iştirak ediblər.

Öncə R. Abbasov nazir A.Rəhimovu yeni inzibati bina və iş otaqları ilə tanış edib.

Nazir çıxışında Gənclər Günü münasibəti ilə bütün gəncləri təbrik edib. Azad Rəhimov baş idarənin yeni inzibati binasında müasir standarlara cavab verən iş otaqlarının və avadanlıqların olduğunu vurğulayıb:

“Azərbaycanda idman sahəsinə olduğu kimi, gənclər sahəsinə də xüsusi diqqət göstərilir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” hazırlanıb və cənab Prezident bu barədə sərəncam imzalayıb. Bu da göstərir ki, Azərbaycan gənclərinin inkişafı dövlətin əsas prioritetlərindəndir”.

R.Abbasov da çıxış edərək gəncləri bayram münasibətilə təbrik edib, yeni inzibati binada yaradılmış şəraitə görə Baş İdarənin kollektivi adından ölkə rəhbərliyinə və Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib:

“Müraciətlərə əsasən Türkiyə, Gürcüstan, Rusiya, İspaniya, İsveçrə, İtaliya, Yaponiya, Fransa, Polşa, İran və Belarusiyaya ezamiyyələr təşkil olunub. Bir çox idman növləri üzrə yarışlar və gənclər sahəsi üzrə tədbirlər təşkil olunub. Bütün federasiyalar və bir çox dövlət qurumları ilə yaxından əməkdaşlıq edilib və birlikdə çoxlu layihələr həyata keçirilib”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm