Millimizin qapıçısı “Kayserispor”da
Bizi izləyin

İdman

Millimizin qapıçısı “Kayserispor”da

Ötən şənbə günü "Qəbələ"ylə yollarını ayıran Kamran Ağayevin artıq Türkiyə birinci liqasında çıxış edən "Kayserispor"la anlaşdığı deyilir. Bir həftə sonra 29 yaşını qeyd edəcək qolkiper hazırda Kayseridədi.

Publika.az xəbər verir ki, bu gün tibbi baxışdan keçən Azərbaycan millisinin qapıçısının "Kayserispor"la müqaviləsinin müddəti haqda heç bir məlumat yoxdur.

Yeri gəlmişkən, "Kayserispor"un baş meneceri Süleyman Hurma "tvitter" səhifəsində Kamranın artıq bu klubla anlaşdığı haqda xəbər paylaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm