Kanales "Neftçi"nin 10-cusu oldu
Bizi izləyin

İdman

Kanales "Neftçi"nin 10-cusu oldu

“Neftçi"nin çilili hücumçusu Nikolas Kanales Premyer Liqada yubiley - 30-cu qolunu vurub.

Publika.az xəbər verir ki, 2012/13 mövsümündə vurduğu 26 qolla çempionatın bombardiri adını qazanan cənubi amerikalı cari mövsümdə 4-cü dəfə fərqlənməklə 30-a çatıb.

Nikolas buna XIX turun AZAL-la səfər oyununda nail olub. Bununla da o, paytaxt təmsilçisinin tarixinə düşüb. Çilili “ağ-qaralar”ın Azərbaycan çempionatlarında çıxışları tarixində 30 və daha çox qol vuran 10 oyunçudan biri olub. Belə ki, 1992-ci ildən AZAL-la görüşədək yalnız 9 futbolçu “Neftçi”də 30 və daha artıq qol vurmuşdu. Kanales bu siyahıya 10-cu kimi daxil olub.

1. Samir Ələkbərov - 99

2. Qurban Qurbanov - 66

3. Yunis Hüseynov - 58

4. Nazim Əliyev - 42

5. Bahodir Nasimov - 38

6. Nadir Nəbiyev - 37

7. Vadim Vasilyev - 32

8. Branimir Subaşiç - 31

9. Flavinyo - 30

10. Nikolas Kanales - 30

Ümumilikdə isə çempionatlar tarixində 30 və daha çox qol vurmuş 76-cı bombardir olan Kanales Kamal Quliyev, Ceyhun Sutanov, Valter Quqlemon və komanda yoldaşı Flavinyo ilə eyni göstəriciyə malikdir. Bu 76 oyunçudan 17-si legionerdir. Nikolas əcnəbi futbolçular arasında məhsuldarlığına görə Quqlemon və Flavinyo ilə birlikdə 15-17-ci yerləri bölüşür.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm