5 səs yığa bilmir, FİFA prezidenti olmaq istəyir - Blatterin 3 rəqibi qaldı
Bizi izləyin

İdman

5 səs yığa bilmir, FİFA prezidenti olmaq istəyir - Blatterin 3 rəqibi qaldı

FİFA prezidentliyinə 4 nəfər rəsmi namizədliyini irəli sürüb.

Publika.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Bunlar FİFA-nın hazırkı prezidenti Yozef Blatterlə yanaşı, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Birləşmiş Niderland Krallığının prezidenti Mixael van Praaq və Portuqaliya futbolunun canlı əfsanəsi Luiş Fiqudu.

Daha əvvəl namizədliyini irəli sürən Jerom Şampan isə yetəli səs qazana bilməyib. Fransız funksioner 3 ölkədən dəstək alıb. FİFA-nın qaydalarına əsasən isə hər namizəd 5 şlkə tərəfindən dəstəklənməlidir.

Seçki Komitəsi namizədlərin sənədlərini Etika Komitəsinə təqdim edib və yaxın 10 gündə onların hər birinə dair rəsmi qərar açıqlanacaq.

Qeyd edək ki, FİFA prezidentliyinə seçkilər bu ilin may ayında baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm