Cüdo federasiyasında maliyyə böhranı - Baş məşqçi getdi
Bizi izləyin

İdman

Cüdo federasiyasında maliyyə böhranı - Baş məşqçi getdi

Cüdo federasiyasında maliyyə böhranı - Baş məşqçi getdi

Cüdo üzrə milli komandamızın baş məşqçisi Peter Zayzenbaher Azərbaycanı tərk edib.

Publika.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası avstriyalı mütəxəssislə müqavilə müddətini uzatmaq istəməyib.

Deyilənlərə görə, onun irəli sürdüyü şərtlər ağır olub və federasiya rəsmiləri Peterlə yolları ayırmaq qərarına gəlib. Hələlik
onu gənclərdən ibarət komandaya rəhbərlik etmiş Hacıağa Hacıəhmədov əvəzləyəcək.

Xatırladaq ki, avstriyalı mütəxəssis işlədiyi bir il ərzində Azərbaycan yığması Rio-de-Janeyroda keçirilən dünya çempionatında müvəffəqiyyətlə çıxış edib. Elxan Məmmədov (100 kq) mundialda qalib gələn ilk azərbaycanlı cüdoçu olub, Orxan Səfərov isə bürünc medal qazanıb.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm