“Fillər ölkəsi” Adamla işləmək istəyir
Bizi izləyin

İdman

“Fillər ölkəsi” Adamla işləmək istəyir

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Hindistan Futbol Federasiyasından təklif alıb.

Publika.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Təklifə əsasən, Adam bu il aprelin 1-dən 2017-ci il dekabrın sonuna qədər bu ölkədə çalışmalıdır.

2017-ci ildə Hindistanda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında dünya çempionatının final mərhələsi təşkil olunacaq. Təşkilatçı ölkə statusuyla Hindistanın müvafiq yaş qrupuna aid yığması da turnirdə iştirak edəcək. Alman mütəxəssis Hindistanın hazırki U-15 yığmasına rəhbərlik edərək bu komandanı 2 il sonra iştirak edəcəyi dünya çempionatına hazırlaşdıracaq.

O, federasiyanın saytına açıqlamasında bildirib ki, hazırda bütün diqqətini Avropa çempionatının elit-raundunda çıxış edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarına yönəldib və komanda AÇ-nin final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, baş məşqçi olaraq fəaliyyətini davam etdirəcək.

Elit-raundda yığmamızın mübarizə aparacağı 7-ci qrupun oyunları martın 26-dan 31-dək Fransada keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm