Tayson: “Mənimlə döyüşsə, onun ayaqlarından öpəcəm”
Bizi izləyin

İdman

Tayson: “Mənimlə döyüşsə, onun ayaqlarından öpəcəm”

Britaniyalı boksçu Tayson Fyuri dünya çempionu Vladimir Kliçko ilə döyüşmək istədiyini, bunun üçün hazır olduğunu deyib.

Publika.az xəbər verir ki, Tayson bu istəyi ilə bağlı “twitter”də fikir paylaşıb. Britaniyalı qeyd edib ki, Kliçko döyüş təklifini qəbul edərsə, o, rinqdə ukraynalının ayaqlarından öpəcək:

“Kliçko mənimlə döyüşməyə razı olsa, hamının gözü qarşısında rinqdə sürünərək onun ayaqlarından öpəcəm. Ancaq o, mənimlə döyüşməyə razı olmayacaq”.

Bir müddət əvvəl ukraynalının meneceri Bernd Bente bildirmişdi ki, Tayson Braytonla döyüşdə uğur qazanarsa, gələcəkdə Kliçkoya rəqib ola bilər. Bu döyüş aprelin 25-də Nyu-Yorkda keçiriləcək.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm