Həmyerlimiz Rusiya klubuna baş məşqçi təyin olundu
Bizi izləyin

İdman

Həmyerlimiz Rusiya klubuna baş məşqçi təyin olundu

Uzun müddətdir diqqətdən kənarda qalan Azərbaycan millisinin sabiq müdafiəçisi Emin Ağayevin yeni iş yeri məlum olub.

Publika.az xəbər verir ki, həmyerlimiz üçillik fasilədən sonra Rusiyanın “Volqa” klubuna qayıdıb. O, 2008-2010-cu illərdə formasını geyindiyi kluba baş məşqçi təyin olunub.

Tver klubu turnir cədvəlində 15 komanda arasında 12-ci pillədə qərarlaşıb.

“Volqa”nın prezidenti Stanislav Savenkov həmyerlimiz Ağayevi gələcəyin komandasını qurması üçün kluba dəvət etdiklərini deyib:

“Ağayevdən komandanı tamamilə dəyişməsini, möcüzə yaratmasını tələb etmək düzgün olmaz. Ancaq ondan istədiyimiz cari mövsüm üçün vəziyyəti bir az dəyişib, sabit çıxış etmək və gələcək illərin komandasını qurmaqdır”.

Klubun hələ məşqçilər korpusunun tərkibi bəlli deyil, həmyerlimiz yaxın günlərdə bu məsələni də yoluna qoymalıdır. Ağayevin komandası hazırlıqlara fevralın 9-da start verəcək.

Emin Ağayevin 2011-2014-cü illərdə çalışdırdığı Dağıstanın “Daqdizel” klubu ötən yay aşağı dəstədə çıxışlarını dayandırıb. Cari mövsümə “Domodedovo” klubunda böyük məşqçi kimi başlayan Emin A kateqoriyalı məşqçi lizensiyasına malikdir. Ağayev yeni klubuyla bağlı fikirlərini də bölüşüb:

“İndiki vəziyyət komandanın nə adına, nə də səviyyəsinə yaraşır. əlimdən gələni edəcəm ki, “Volqa” böhrandan çıxsın”.

Qeyd edək ki, hazırda Emin Ağayevin ixtiyarında 17 müqaviləli futbolçu var.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm