Futbolçular da müharibəyə hazırdır
Bizi izləyin

İdman

Futbolçular da müharibəyə hazırdır

Kiyev "Dinamo"sunun prezidenti İqor Surkis futbolçularının müharibəyə getməyə hazır olduqlarını bildirib.

Publika.az xəbər verir ki, Rusiya qoşunlarının təcavüzünə qarşı ayağa qalxan Ukrayna qoşunlarında paytaxt klubunun futbolçuları da peyda ola bilərlər.

Surkis hərbi komissarlıqdan hansısa futbolçularına çağırış gələcəyi təqdirdə qanun çərçivəsində hərəkət edəcəklərini bildirib: "Ukraynalı futbolçularımızın hər biri Vətəni qorumağa hazırdır və lazım gələrsə, hər biri döyüşə gedəcək. Ancaq hesab edirəm ki, futbolçular özlərinə aid sülh missiyalarını yerinə yetirməlidirlər. Onlar oynayıb azarkeşlərə əmin-amanlığın yaranacağına ümid verməlidirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm