"Azərreyl" 3 xal qazandı
Bizi izləyin

İdman

"Azərreyl" 3 xal qazandı

Voleybol üzrə qadınlar arasında ölkə birinciliyində daha bir oyun baş tutub.

Voleybol üzrə qadınlar arasında ölkə birinciliyində daha bir oyun baş tutub.

Publika.az Azərbaycan Voleybol Federasiyasına istinadən məlumat verir ki, bu gün IX tur çərçivəsində keçirilən görüşdə "Azərreyl" və "Telekom" üz-üzə gəliblər. İkincilərin turnir cədvəlində sonuncu yerdə olmalarına baxmayaraq, qarşılaşmma gözlənildiyi kimi onların ciddi müqaviməti ilə keçib. Bununla belə, daha güclü olan Aleksandr Çervyakovun yetirmələri qələbəni əldən verməyiblər.

4 setlik mübarizədə "dəmiryolçular" 3 xalı qazanıblar - 3: 1 (24: 26, 25: 21, 25: 22, 25: 18)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm