Erməni klubuna keçən azərbaycanlı oyunçu danışdı: "Erməni xalqına hörmətim var"
Bizi izləyin

İdman

Erməni klubuna keçən azərbaycanlı oyunçu danışdı: "Erməni xalqına hörmətim var"

"Bilirsiniz, mən münaqişələrdən uzaq insanam. Hər iki ölkə arasında problemlərin olduğunu bilirəm, amma tezliklə bunların həll olunmasını arzulayıram. Həm Azərbaycan xalqına, həm də erməni xalqına böyük hörmətim var. Mən, sadəcə, futbolumu oynamaq istəyirəm".

Publika.az xəbər verir ki, bu sözləri Ermənistan "Uliss"inə keçən Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq futbolçusu Şamil Qurbanov "FutbolPress"ə açıqlamasında deyib.

22 yaşlı futbolçu hələ keçidin rəsmiləşmədiyini bildirib: "Hələ ki keçidim rəsmiləşməyib. Dəqiq qərar verməmişəm. Bundan başqa bir-iki təklif də var, bu işlərlə menecerim məşğul olur. Başqa komandaya da keçə bilərəm".

Rusiya "Volqa"sının yetirməsi olan Qurbanov Ermənistanda onun keçidinin xoş qarşılanmamasına da münasibət bildirib:

"Onlar elə bilirdilər ki, mən azərbaycanlıyam, lakin sonradan məlum oldu ki, mən azərbaycanlı deyiləm və sizin ölkəyə hər hansı bir bağlılığım yoxdur. Mən sadəcə təklif əsasında Azərbaycanın gənclər millisində forma geymişəm. Əlbəttə ki, haqqımda mənfi düşünənlər də tapılacaq, amma mən onlara bunu yasaqlaya bilmərəm".

Şamil Qurbanov hazırda toplanışda olduğu komandası haqda da məlumat verib: "Çox yaxşı komandadır. Burda yerli və legioner futbolçulardan ibarət mehriban mühit formalaşıb. Məni də çox yaxşı qarşıladılar. İndi də onlarla birgə toplanışdayam.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm