Yubiley hədiyyəsi: onu 30 yerə “parçaladılar”
Bizi izləyin

İdman

Yubiley hədiyyəsi: onu 30 yerə “parçaladılar”

Bu gün hələ oynadığı dövrdə adını futbol tarixinə qızıl hərflərlə yazdıran Kriştiano Ronaldonun doğum günüdür. Saysız-hesabsız rekordlar qıran, qol vurmağa vərdiş edən, Portuqaliya və hazırda “Real”a bütün varlığıyla xidmət göstərən top sehrbazının karyerasını vərəqləmək yerinə düşər. Amma onun haqda istənilən qədər yazılar yazıldığı üçün qeyri-adi yol seçməyi düşündük.

Publika.az 30 yaşını qeyd edən Ronaldonun həyatını məhz 30 məqamda “xırdalamağa” çalışdı.

1. İlk qolunu 2002-ci il oktyabrın 7-də Portuqaliya çempionatında “Moreyrense”yə vurub. Elə ikinci qolu da həmin oyunda qeydə alınıb.

2. 72 qolla Çempionlar Liqasında bütün dövrlərin (qrup mərhələsindən finaladək) ən yaxşı bombardirləri siyahısında tutduğu yer.

3. “Qızıl buts” sayı (Lionel Messiylə rekordu bölüşdürür).

4. La Liqada arıdıcl 4 mövsüm 50-dən çox qol vuran ilk futbolçudur (2010/11-2013/14).

5. “Qızıl top”u üç və daha çox qazanan 5 futbolçudan biridir.

6. İştirak etdiyi böyük turnirlərin sayı (3 dünya, 3 Avropa çempionatı).

7. Karyerasının böyük hissəsini 7 nömrəli futbolkayla keçirib.

8. ÇL-də ən uzun məhsuldar oyunlar seriyası (2013/14).

9. ÇL-in qrup mərhələsində məhsuldarlığa görə rekordçulardan biridir (9 qol, 2013/14).

10. ÇL-də ardıcıl üç mövsümdə 10 qol həddini aşan ilk futbolçudur (2011/12-2013/14).

11. 11 yaşında “Sportinq”in yeniyetmə komandasına gəlib.

12. Milli komandadakı son 13 oyunda vurduğu qol sayı.

13. Peşəkar futbolda keçirdiyi mövsümlərin sayı: bu müddətdə klub və yığmada 463 qol vurub.

14. Onu “Mançester Yunayted”də vurduğu 1-ci və 2-ci qollardan ayıran oyun sayı. Nə əcəbsə, 14 oyun gözləyib...

15. 2013-cü ilin oktyabrından 2015-ci ilin yanvarınadək 15 ay ardıcıl İspaniya çempionatında hər ev oyununda meydanı qolla tərk edib.

16. “Mançester Yunayted”in formasında avrokuboklarda vurduğu qolların sayı (ümumilikdə, 73 qol vurub).

17. Çempionlar Liqasında bir mövsümdə vurduğu qol sayı (2013/14).

18. 2003-cü ildə “Sportinq”dən “Mançester Yunayted”ə təxminən 17,5 milyon avroya transfer olunanda 18 yaşı vardı.

19. La Liqada bir mövsümdə bütün 19 rəqib komandaya qol vuran ilk futbolçudur (2010/11).

20. La Liqada bir mövsümdə səfər oyunlarında 20 qol həddini aşan ilk futbolçudur (2010/11).

21. MY-nin heyətində ÇL-in qalibi olduğu gün (21 may 2008-ci il).

22. “Real”ın heyətində bütün turnirlərdə ardıcıl qələbə qazandığı oyunların sayı. Ronaldo bu dövrdə 28 qol vurub.

23. Təsnifat mərhələsi də nəzərə alınmaqla Avropa çempionatı oyunlarında vurduğu qolların sayı.

24. İkinci dəfə ÇL-i qazandığı gün, bu dəfə “Real”la (24 may 2014-cü il).

25. Sonuncu “Qızıl top”u alandan sonra Ronaldo məhz bu yaşda özünü böyük hiss etdiyini demişdi.

26. “Real”dakı ilk mövsümündə La Liqada vurduğu qolların sayı.

27. “Real”dakı het-triklərin sayı. Di Stefanodan “bir addım” geri qalır.

28. “Sportinq”dəki ilk peşəkar mövsümündə “28 nömrə”ylə oynamışdı.

29. Bu yaşda Portuqaliya millisinin bütün dövrlər üçün ən yaxşı bombardiri ünvanını ələ keçirdi. 2014-cü ilin martında Kamerunla yoldaşlıq oyununda dubl edərək qollarının sayını 47-yə çatdırmışdı.

30. İndiki yaşıdır.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm