“Qarabağ” təslim oldu - Avroliqa xəyalı bitdi
Bizi izləyin

İdman

“Qarabağ” təslim oldu - Avroliqa xəyalı bitdi

Dünən UEFA-nın Nizam-İntizam Komitəsi dekabrın 11-də baş tutan Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ” - “İnter” oyununun son dəqiqələrində təmiz qolun hesaba alınmamasıyla bağlı Ağdam klubunun şikayət ərizəsinə baxmalı idi.

Publika.az xəbər verir ki, qitə futbol qurumu gözlənildiyi kimi, “Qarabağ”ın etiraz səsinə səs verməyib. Onsuz da bu məsələnin bizim xeyrimizə həll olunacağına ümidimiz az idi. Amma heç olmasa çexiyalı hakimlər briqadasının cəzalanması az da olsa, təsəlliverici olardı. Bundan da məhrum olduq.

UEFA-nın qərarı (daha doğrusu, qərarsızlığı) məlum olandan sonra “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Klub rəsmisi Publika.az-a bunları dedi:

“UEFA-ya şikayət məktubu göndərmişdik. Amma onlar bu məktuba baxmağa ehtiyac görməyib. Nə etmək olar? İrəli baxmalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm