Qalmaqallı Afrika - Finalçılar məlumdur - VİDEO
Bizi izləyin

İdman

Qalmaqallı Afrika - Finalçılar məlumdur - VİDEO

Afrika Millətlər Kubokunda mübarizə sona çatmaq üzrədir. Artıq finalçılar məlumdur.

Publika.az xəbər verir ki, dünən keçirilən ikinci yarımfinal oyununda Qana millisi meydan sahibləri Ekvatorial Qvineyanı böyük hesabla məğlub edərək finala yüksəlib. Oyunun 83-cü dəqiqəsində yerli azarkeşlər asayışı pozmağa çalışsalar da, bu, oyunun nəticəsinə təsir etməyib.

Qvineyalı fanatlar qanalı futbolçulara butılka və alüminium bankalar atmaqla təzyiq göstərməyə çalışırdı. Polisin müdaxiləsindən və gözyaşardıcı qazdan istıfadə etməsindən sonra yerli azarkeşləri sakitləşdirmək mümkün olub. Təhlükəsizliyin təmin edilməsində vertolyotdan da istifadə edilib.

Finalda Fil Dişi Sahili və Qana milliləri üz-üzə gələcək. Həlledici oyun fevralın 8-də baş tutacaq.

Ekvatorial Qvineya isə sabah Konqo Demokratik Respublikasıyla 3-cülük uğrunda oynayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm