“Körpə”nin etirafı
Bizi izləyin

İdman

“Körpə”nin etirafı

Yanvarda doğma klubu “Atletiko”ya qayıdan Fernando Torres “Milan”lı günlərindən danışıb.

Publika.az xəbər verir ki, Madriddə özünü olduqca rahat hiss edən “Körpə” ilk oyunlarda vurduğu qollarla bunu bir daha göstərdi. Amma mövsümün əvvəlində “Çelsi” ispan forvardı İtaliya nəhənginə ikillik icarəyə göndərmişdi. Vəziyyət o həddə çatdı ki, italyanlar tezliklə “El Ninyo”dan canını qurtarmağa çalışdı. Nəhayət, “rossonyerilər” “Atletiko”yla razılığa gələ bildi - Fernando Alessio Çerçiylə dəyişdirildi.

Bugünlərdə mətbuat önünə çıxan Torres “Milan”da vacib oyunçu ola bilməməsindən danışıb:

“Fiziki cəhətdən hansısa problemim olduğunu düşünmürəm. “Milan”a özüm üçün müəyyənləşdirdiyim ideya və məqsədlə getmişdim. Komandaya vacib oyunçu olmaq istəyirdim. Amma bunu hiss edə bilmədim. Gah oynayırdım, gah oynamırdım, bir oyunda meydana çıxırdım, o biri oyunda ehtiyatda qalırdım. Mən bu gedişə hazır deyildim. Klubla münasibətlərim əla idi. Bundan narazılığım yoxdur. Ancaq görəndə ki, yerimdə sayıram və irəliləyiş yoxdu, onda özümü narahat hiss edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm