Messi karateylə də məşğul olurmuş - FOTO+VIDEO
Bizi izləyin

İdman

Messi karateylə də məşğul olurmuş - FOTO+VIDEO

"Barselona"yla dəyəri 95,5 milyon avro olan 3 illik müqavilə bağlayan "Qatar Airways" şirkəti katalon klubunun oyunçularının da yer aldığı maraqlı reklam çarxı çəkib.

Publika.az xəbər verir ki, əvvəllər "Türk Hava Yolları"nın reklamlarında özünün aktyorluq bacarığını göstərən Lionel Messi, bu dəfə "Qatar Airways" üçüb kamera qarşısına keçib.

Messinin tərəf müqabilləri isə komanda yoldaşları - Neymar, Suares, İnyesta və Pike olub.

Reklamda "Barsa"lılar futboldan əlavə aktyorluq bacarıqlarının da olduğunu göstəriblər. Reklam çarxında futbolçular karateçi, sörfinq ustası, kovboy, pantomima aktyoru kimi müxtəlif obrazları canlandırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm