Jurnalistlərin Avropa Oyunlarına akkreditasiyası başladı
Bizi izləyin

İdman

Jurnalistlərin Avropa Oyunlarına akkreditasiyası başladı

Bu gün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi mətbuat nümayəndələrinin akkreditasiyası prosesini açıq elan edib.

Publika.az xəbər verir ki, Avropa Oyunlarında iştirak etmək istəyən mətbuat nümayəndələri ilk növbədə Mətbuat Ekstranetinə giriş üçün qeydiyyatdan keçməlidirlər.

Mətbuat nümayəndələrinin akkreditasiyadan keçməsi ilə bağlı qoyulan tələblər bütün mətbuat üzvlərinə tətbiq edilir. Yalnız, yayım hüququna malik televiziya və radio yayım şirkətlərinin mətbuat akkreditasiyası üçün müraciət etmələrinə ehtiyac yoxdur.

Müraciət üçün son tarix 6 mart 2015-ci ildir və həmin tarixdən sonra ediləcək heç bir müraciət qəbul olunmayacaq.

Mətbuat Ekstranetində akkreditasiyaya dair məlumatlardan əlavə, mətbuat nümayəndələri üçün Oyunlar müddətində mövcud olacaq imkanlar və xidmətlər haqqında, eləcə də, şəkil və videolardan ibarət geniş media kitabxanasına giriş barəsində mühüm məlumatlar öz əksini tapıb.

Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “İlk Avropa Oyunları bütün dünyanın zövq alacağı möhtəşəm idman bayramı olacaq və artıq dünya mətbuatını rəsmi olaraq bura, Bakı şəhərinə dəvət etməyə çox şadıq. Oyunlarda iştirak etmək istəyən bütün mətbuat nümayəndələrini ən qısa zamanda akkreditasiya üçün müraciət etməyə çağırmaq istərdim".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm