Məşhur boksçu necə zibilyığan oldu? - FOTOFAKT
Bizi izləyin

İdman

Məşhur boksçu necə zibilyığan oldu? - FOTOFAKT

Derek Çisoranı boks həvəskarları yaxşı tanıyır. 31 yaşlı zimbabveəsilli idmançı rinqdə amansız biri idi. O, 12 raund ərzində Vitali Kliçkoyla döyüşə tab gətirən 4 peşəkar boksçudan biridir. Amma zorakılığıyla da az tanınmayıb.

Publika.az xəbər verir ki, müxtəlif vaxtlarda həbsxanaya düşən Derekin son qalmaqalı ötən ilin noyabrına təsadüf edir. Küçədə oyun çıxardan boksçu özünə iş açıb. Sürücülərdən biri Çisorenin yolunu kəsb. O da özündən çıxıb və vacib görüşə gecikəcəyi təqdirdə onu öldürməklə hədələyib. İndi sabiq Avropa çempionu bu hərəkətinə görə 100 funt cərimə ödəməli və eyni zamanda 60 saat ictimai işlə məşğul olmalıdır. Bu məqamı diqqətdə saxlayan “Daily Mail”in jurnalistləri Çisoranı Londonun şimalında zibil torbalarını daşıyarkən görüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm