İdman
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki Gənclər Mərkəzində beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.
Turnirdə 56 gənc şahmatçı iştirak edib. Yarışda Eyvaz Bayramov
birinci, Günay Kərimova ikinci, Ruslan Mustafayev isə üçüncü
yerləri tutublar. Qaliblər diplom, medal və kuboklarla
mükafatlandırılıblar.
Tədbirdə Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi
Georqadze, Barış və Vətəndaş Bərabərliyi üzrə Gürcüstan Dövlət
Nazirliyinin Kvemo Kartli-Borçalı bölgəsində nümayəndəsi Zaur
Darğallı və başqa rəsmi şəxslər iştirak ediblər.
Gürcüstan Şahmat Federasiyasının prezidenti G.Georqadze istedadlı
şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Marneuli
turnirində iştirakından məmnunluğunu bildirərək Vüqarın vəfat
etməsinə görə təəssüf etdiyini bildirib:
“Təəssüf edirəm ki, Vüqar dünyadan vaxtsız köçdü. Belə bir
istedadlı idmançının bu gün aramızda olmaması kədər doğurur”.
Federasiyanın prezidenti Gürcüstanın azərbaycanlı gəncləri arasında
şahmata böyük marağın olduğunu bildirib. O hazırda bu dərnəkdə
məşğul olan gənc şahmatçıların sədalarının nəinki ölkə, həmçinin
beynəlxalq turnirlərdən gələcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, bu ilin mayında 8, 12, 16 yaş qrupları arasında
keçiriləcək şahmat üzrə Gürcüstan çempionatının təşkili ilə
əlaqədar elan olunmuş tenderdə Marneuli Gənclər Mərkəzi qalib
gəlib.
Tədbirin sonunda həmin çempionatın Marneulidə keçirilməsinə dair
memorandum imzalanıb. Sənədi Gürcüstan Şahmat Federasiyasının
prezidenti Georgi Georqadze və Marneuli Gənclər Mərkəzinin
direktoru Rəna Nurməmmədova imzalayıblar.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...