Həyatımın mənası, qəlbimin “antena”sı - Bundesliqadan “reportaj”
Bizi izləyin

İdman

Həyatımın mənası, qəlbimin “antena”sı - Bundesliqadan “reportaj”

Siyasətçilər, şou-biznes əhli və bir də idmançılar (əsas da futbolçular) daim mətbuatın diqqət mərkəzində olurlar. İlk iki sahənin adamlarıyla işimiz yoxdur. Futboldan danışacağıq. Daha doğrusu, futbolçular və onların həyatına rəng qatan qadınlardan.

Publika.az mütəmadi olaraq, oxucularını aparıcı çempionatlarda forma geyən futbolçuların xanımlarıyla tanış edəcək. İlk “reportaj” Bundesliqadandır.

Qina-Liza Lofink - Jerom Boatenqin rəfiqəsi

Boatenq “Bavariya”yla rəqabət aparan komandaların futbolçuları üçün arzuolunmaz müdafiəçidir. Lofink isə iştirak etdiyi qorxulu kinoların tamaşaçılarını vahimələndirir. Xeyr, rolu pis ifa etdiyinə görə yox. Sadəcə olaraq, o, karyerası ərzində bir neçə qorxulu personajı canlandırıb. 11 ildir kino sənayesində çalışan Boatenqin sevgilisi ilk dəfə “Günbəz” serialına çəkilib. Bundan başqa, Lofink moda sahəsində də özünü göstərməyi bacarıb. Hətta solo albom da buraxdırıb.

Sila Şahin - İlkay Gündoğanın rəfiqəsi

Dortmund “Borussiya”sının yarımmüdafiəçisinin Şahin sarıdan bəxti gətirib. Nuriylə eyni mövqedə oynayır, Silayla uzun müddətdir görüşür. Sila İlkaydan beş yaş böyük olsa da, bu məqam onların münasibətinə təsir etmir. Necə deyərlər, yaşın nə fərqi var ki? Və yaxud məhəbbət yaşa baxmır. Gündoğanın rəfiqəsi Berlində Teatr İnstitutunu bitirib, bir sıra filmlərdə rol alıb. Ona ən böyük uğur gətirən isə “Yaxşı zaman, pis zaman” serialı olub.

Liza Vessler - Benedikt Hevedesin xanımı

Onları sadə cütlük adlandırmaq olar. Məsələn, dünya çempionatındakı qələbə zamanı bir çox futbolçular sevincini xanımları və rəfiqələri ilə meydanın ortasında bölüşdüyü vaxt onlar ehtiyat oyunçular skamyası tərəfdə sakitcə oturub medalın əyarını yoxlayırdı. Bəlkə də bu üzdən mətbuat heç vaxt onların ailə işinə qarışmır. “Şalke”dəki oyundaşları deyir ki, Hevedesin xarakterinin formalaşmasında Lizanın rolu böyük olub. Təcrübəli müdafiəçi meydanda həmişə soyuqqanlılığıyla seçilir.

Anna Levandovski - Robert Levandovskinin xanımı

İdmançı ailəsində doğulan Robertin böyük futbola gəlişi təəccüblü deyil. Hətta onun xanımı da idman aləmində özünə yer tapıb. Anna karate üzrə qara kəmər ustasıdır və dünya çempionudur. Robert isə Bundesliqada qollarını sıralamaqla məşğuldu. Dəblə geyindiklərinə, mətbuata açıq olduqlarına görə Polşada onları “Bekhemlər ailəsi“ylə müqayisə edirlər.

Keti Fişer - Mats Hummelsin rəfiqəsi

Dünyanın müxtəlif nəşrləri keçirdiyi sorğuda dünya çempionatında iştirak edən futbolçuların xanımları və rəfiqələri arasında Ketini ən gözəl azarkeş seçmişdi. O, həqiqətən gənc sevgilisi üçün çox narahat olur. Fişerlə Hummels lap yeniyetmə yaşlarından bir yerdədirlər. Bir-birlərindən ayrı qala bilmirlər, hətta bəzən futbol mövzusunda müsahibəni də birlikdə verirlər.

Liza Müller - Tomas Müllerin xanımı

Bu cütlük 2007-ci ildən ulduzlarını birləşdiriblər. İki illik tanışlıqdan sonra evləniblər və xoşbəxt həyat sürürlər, birlikdə müsahibələr verirlər. Model biznesiylə məşğul olan Liza ərini at yarışlarına da həvəsləndirib. Onun təxminləri hətta Almaniyanın aparıcı nəşrlərinin də diqqətini çəkib.

Ann-Katrin Bremmel - Mario Getsenin rəfiqəsi

Katrin yaxın keçmişdə rəqsləri və “Tokio Hotel” qrupunun gitara ifaçısıyla qucaqlaşmasıyla diqqət çəkmişdi. Sonradan model biznesinə girişən Bremmel paralel olaraq, fortepianoyla məşğul olur və öz mahnılarını bəstələyir. Mario və Ann-Katrin artıq üç ildir birlikdədirlər. Bu müddətdə onlar şəxsi həyatlarında çox tərəqqiyə nail olublar və bu məqam onları bir-birinə bağlayan əsas amildir.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm