Nəhənglərin boğazından keçməyən “yağlı tikə”
Bizi izləyin

İdman

Nəhənglərin boğazından keçməyən “yağlı tikə”

Yaydan bəri transfer bazarının “yağlı tikə”sinə çevrilən Marko Roys nəhənglərin təkliflərini götür-qoy edəndən sonra yekun qərarını verib.

Publika.az xəbər verir ki, Dortmund “Borussiya”sının yarımmüdafiəçisi komandası ilə müqaviləsini yeniləyib.

Yeni müqaviləyə əsasən Roys 2019-cu ilə qədər "Borussiya"nın şərəfini qoruyacaq. İmzalama mərasimindən sonra Marko “Tvitter” səhifəsində maraqlı status yazaraq ona elçi düşənlərə sataşıb:

“Hər kəsi salamlayıram. Bildirmək istəyirəm ki, müqaviləmi 2019-cu ilə qədər uzatdım”.

Qeyd edək ki, Roysla "Real", "Barselona", "Mançester Yunayted" və "Bavariya" kimi klublar maraqlansa da, futbolçu "Borussiya"da qalmağa qərar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm